Braziliyada Ali Məhkəmənin qarşısında GÜCLÜ partlayış
Braziliyada Federal Ali Məhkəmənin (STF) yaxınlığında 2 güclü partlayış baş verib
Ajans.az "Agency Brasil"yə istinadən xəbər verir ki, partlayışda 1 nəfərin öldüyü bildirilib. Paytaxt Braziliyada STF yaxınlığındakı meydanda iki partlayış səsi eşidilib və Ali Məhkəmədəkilər təhlükəsizlik məqsədilə təxliyə edilib.
Hələlik partlayışlar nəticəsində 1 nəfər ölüb. Bölgəyə çoxlu polis və yanğınsöndürmə briqadası göndərilib. Federal Dairə Mülki Polisi tərəfindən verilən açıqlamada hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.
Partlayış səslərinin gəldiyi yerə yaxın olan Prezident Sarayı Planalto və Milli Konqresin yerləşdiyi ərazi piyada və avtomobillərin hərəkətinə tamamilə bağlanıb.