"Bitcoin" bahalaşdı, rekord səviyyəyə ÇATDI - ŞOK MƏBLƏĞ
Aparıcı kriptovalyuta “Bitcoin” ABŞ prezidenti seçilən Donald Trampın planları ilə 97 min dolları keçib.
Ajans.az xəbər verir ki, ABŞ-də keçirilən prezident seçkilərindən sonra ümumilikdə kriptovalyuta bazarında artım olub. “Bitcoin” rekord səviyyələrə çatıb. Sürətini davam etdirən “Bitcoin” 21 Noyabr 97.000 dolları keçərək yeni rekord qırıb.
“CoinGecko” məlumatlarına görə, bu gün 97.500 dolların üzərində bütün zamanların ən yüksək səviyyəsinə çatan “Bitcoin” son 24 saatda 5.5% qiymət artımı qeyd edib və 97.655 dollardan ticarət olunur.
“Bitcoin” (BTC) bir həftədə 8,3%, bir ayda isə 44,5% qiymət artımı göstərib. BTC illik olaraq 160% bahalaşıb. Tramp seçki kampaniyası zamanı rəqəmsal aktivləri qəbul edərək, ABŞ-ni "planetin kriptovalyutası"na çevirəcəyini və “Bitcoin”in milli ehtiyatını toplayacağını vəd edib. Seçkidən sonra ABŞ-də siyahıya alınmış “Bitcoin” birja fondlarına 4 milyard dollardan çox vəsait daxil olub.