Biləsuvarda yük maşını hasara ÇIRPILDI

Biləsuvarda yük maşını
Gündəm 10-01-2025 - 23:04

Biləsuvar rayonunda yol qəzası baş verib.

Ajans.az xəbər verir ki, hadisə Biləsuvar şəhərində qeydə alınıb. 

Belə ki, şəhər mərkəzindəki məktəb qarşısında şagirdlər piyada keçidindən keçərkən hərəkətdə olan yük avtomobilinin əyləc  sistemində qəfil nasazlıq yaranıb. 

İdarəetməni itirən sürücü şagirdləri vurmamaq üçün maşını kənara qaçıraraq yaxınlıqdakı kafenin hasarına çırpıb. 

Qəzada xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ: