Bəzi ərazilərdə duman var

Bəzi ərazilərdə
duman
Cəmiyyət 03-02-2025 - 09:25

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Ajans.az-a verilən məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Sumqayıt, Binə, Yevlax, Göyçay, Zərdab, İmişli, Neftçala, Sabirabad, Cəfərxan, Biləsuvarda duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.

PAYLAŞ: