Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edildi

Bəzi dairə seçki komissiyalarının tərkibində
seçki komissiyaları
Cəmiyyət 18-03-2025 - 16:55

Ölkə üzrə bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Ajans.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) martın 18-də keçirilən iclasında qurumun sədr müavini Rövzət Qasımov açıqlayıb.

O bildirib ki, MSK-nın müvafiq qərarlarına əsasən, 15 saylı Yasamal birinci, 18 saylı Nərimanov-Nizami-Binəqədi, 43 saylı Sumqayıt ikinci, 79 saylı Astara dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Qərarlar iclasda ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.

PAYLAŞ: