Doktorantura birpilləli sistemə keçirilə bilər – Rəsmi

Doktorantura birpilləli sistemə keçirilə bilər –
Elm və Təhsil Nazirliyi
Cəmiyyət 30-01-2025 - 17:26

Elm və Təhsil Nazirliyi Milli Məclisdə müzakirə edilən doktorantura təhsilinin ikipilləli sistemdən birpilləli sistemə keçirilməsi məsələsinə münasibət bildirib.

Ajans.az xəbər verir ki, nazirlik hazırda bu məsələ ilə bağlı müzakirələrin aparıldığını təsdiqləyib.

"Bildiririk ki, beynəlxalq təcrübəyə əsasən, doktorantura səviyyəsi əksər ölkələrdə birpilləli sistem kimi təşkil olunub. Hazırda bu məsələ ilə bağlı müzakirələr aparılır", - açıqlamada qeyd olunub.

PAYLAŞ: