Beyons və ərinə ölüm təhdidləri GƏLİR

Amerikalı reper Cey Zi (əsl adı - Şon Karter) sosial şəbəkələrdə həyat yoldaşı Beyons və sənətçinin özünə qarşı təhdidlər olduğunu bildirib.
Ajans.az xəbər verir ki, bu barədə musiqiçi onu zorlamada ittiham edən qızın vəkilinə qarşı qaldırdığı iddiada məlumat verib. Məhkəmə sənədlərindən məlumatları The Sun nəşri dərc edib.
2024-cü ilin dekabrında bildirilib ki, reperlər P. Diddi və Cey Zi 2000-ci ildə MTV Video Music Awards gecəsində azyaşlı qıza təcavüz etməkdə şübhəli bilinirlər. Fevral ayında Karterə qarşı iddia qaldırılıb. İndi sənətçi iddiaçının vəkilini ona mənəvi ziyan vurmaqda ittiham edib.
İddia ərizəsində Cey Zi iddia edir ki, ona qarşı ictimai ittihamlar sosial mediada nifrət dalğasına səbəb olub. Belə ki, musiqiçinin sözlərinə görə, şərhçilər onun sonunun həbsdə, sonra isə cəhənnəmə düşməsini arzulayıblar.