"Bəşər Əsəd özünü tələyə saldı" - KİV

"Bəşər Əsəd özünü tələyə saldı" -
Bəşər Əsəd
Siyasət 02-12-2024 - 06:37

Suriya prezidenti Bəşər Əsəd ölkədəki vəziyyətin pisləşməsi fonunda daxili və xarici siyasətdə güzəştə getmək istəmədiyi üçün özünü tələyə salıb.

Ajans.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti ekspertlərə istinadən yazır.

“Ümidsizlik hissi rejimin öz rəqibləri ilə güzəştə getmək istəməməsi ilə daha da gücləndi, hətta himayədar Rusiya Əsədi siyasi proseslərdə iştirak etməyə sövq etməyə çalışsa da”, - nəşr qeyd edir.

Materialın müəllifləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətləri normallaşdırmaq üçün aparılan danışıqların uğursuzluğuna da diqqət çəkirlər . Terror qruplarının Hələbə hücumunun dolayısı ilə Ankaranın Dəməşqə təzyiq etmək istəyi ilə əlaqəli olduğu güman edilir.

Noyabrın 28-də suriyalı yaraqlılar Hələb vilayəti yaxınlığında hökumət mövqelərinə qarşı irimiqyaslı hücuma başlayıb. Üç gün ərzində Suriya Silahlı Qüvvələri minə yaxın silahlını məhv edib.

Türkiyənin “Hürriyet” qəzetinin yazdığına görə, Əsəd ölkə daxilində silahlıların irəliləməsi və vəziyyətin gərginləşməsi fonunda Ərdoğanla təmaslar tapmağa çalışır.

 

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: