Bələdiyyələrin DSMF-yə 8 milyon manat borcu var
Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 1100-ə yaxın bələdiyyənin 8 milyon manata yaxın borcu var.
Ajans.az xəbər verir ki, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deyib.
PA rəsmisi həmçinin bildirib ki, 400-ə yaxın bələdiyyənin torpaq vergilərindən əlavə gəlirləri yoxdur.