Baydenin mirası "tam uğursuzluq" adlandırıldı

Baydenin mirası "tam uğursuzluq"
Bayden
Siyasət 20-01-2025 - 14:40

ABŞ-nin hazırkı prezidenti Co Baydenin mirası tamamilə uğursuz olub.

Ajans.az xəbər verir ki, bunu BMT-nin Nyu Yorkdakı Şiller İnstitutunun nümayəndəsi Riçard Blek bildirib.

O, Baydenin xarici siyasət irsinin uğursuz olduğunu söyləyib, çünki onun komandası Qərb müstəmləkəçiliyinin sonunu düşünmədən Anqlo-Amerikan strateji üstünlüyünü qorumağa çalışıb.

“İsrailin Fələstin xalqına qarşı soyqırımını maliyyələşdirmək və silahlandırmaq, NATO-nun açıq bəyan etdiyi Rusiyanı əzmək səylərində marionet Ukraynanı silahlandırmaq, Tayvanı silahlandırmaq və adada “müstəqillik” qüvvələrini gücləndirmək və genişmiqyaslı qanunsuz iqtisadi müharibədən istifadə etmək Baydenin xarici siyasətdəki uğursuzluqlarının kədərli siyahısını tərtib etdi”, - deyə, Blek bildirib.

Blek əlavə edib ki, ABŞ-nin yeni seçilmiş lideri Donald Trampın vəzifəyə gəldikdən dərhal sonra Rusiya prezidenti Vladimir Putinlə görüşmək niyyətini bəyan etməsi “NATO-nun III Dünya Müharibəsinə doğru hazırkı çox real yürüşünün dayandırıla biləcəyinə” ümidverici işarədir. O qeyd edib ki, dövlət başçılarının görüşü ABŞ-nin yeni administrasiyası üçün ilk müdrik addım olacaq.

Bundan əvvəl tarix professoru, Arizona Dövlət Universitetinin Amerika İnstitutları Mərkəzinin direktoru Donald Critchlow demişdi ki, Baydenin ABŞ-dəki prezidentliyi uğursuzluq kimi yadda qalacaq. O, Baydenin transformativ prezident olmağa ümid etdiyini, lakin bunun baş vermədiyini vurğulayıb.

 

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: