Başladı: Rusiyanın "ölümcül" raketi Kiyevə çatır - 10 dəqiqə qaldı
Rusiya Ukraynanı RS-26 “Rubej” qitələrarası raketi ilə vuracaq.
Ajans.az xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin bu gün Ukraynaya eksperimental ballistik raket buraxa biləcəyi iddia edilir. Ehtimallara görə, bu, RS-26 “Rubej” qitələrarası raketidir, bir sıra Ukrayna KİV-ləri adı açıqlanmayan analitiklərə istinadən yazır. Hətta bəzi mətbuat portalları qeyd edir ki, hücum önümüzdəki dəqiqələr içində gerçəkləşəcək.
UNİAN-ın məlumatına görə, raket daşıma qabiliyyətinə malik olsa da, nüvə yüklü olmayacaq. Onun döyüş başlığı 1,2 ton, uçuş məsafəsi isə təxminən 6 min kilometrdir.
Bundan əlavə, media digər növ Rusiya raketlərindən istifadə riskinin yüksək olduğunu iddia edir.
Bundan əvvəl ABŞ, İspaniya, Yunanıstan, İtaliya və digər ölkələrin Kiyevdəki səfirlikləri mümkün raket hücumu səbəbindən tələsik bağlanıb .
Ekspertlər qeyd ediblər ki, Rusiya Ukrayna Silahlı Qüvvələrinin Amerikanın ATACMS raketləri ilə Bryansk bölgəsinə etdiyi hücuma dərhal cavab verəcək.
RS-26 "Rubej" qitələrarası ballistik raketi olan mobil yerüstü strateji raket sisteminin Rusiya layihəsidir. Bu, raketdən müdafiəni keçmək üçün yeni idarə olunan döyüş başlıqları ilə Yars layihəsinin daha da inkişafıdır.