Barmağını dişlədiyi üçün həyat yoldaşını dəfələrlə bıçaqladı - VİDEO
Braziliyada 28 yaşlı Markos Vinisius Paulino 38 yaşlı arvadı Tatieleni cinsi əlaqə zamanı barmağını dişlədiyi səbəbilə 59 bıçaq zərbəsi ilə öldürüb.
Ajans.az xəbər verir ki, qətldən sonra təslim olan Paulino cinayətini etiraf edib. Qadını qətlə yetirdiyinə görə 20 il həbs cəzası alan qatilin vəkilləri qərardan apellyasiya şikayəti verəcəklərini açıqlayıb.
Braziliyalı Markos Vinisius Paulino aprelin 14-də birlikdə olduqları 38 yaşlı arvadı Tatiele de Kassia dos Reis Gonsalvesi öldürdükdən sonra ertəsi gün təslim olub və qətli etiraf edib.
Yerli mətbuatın məlumatına görə, Paulino həyat yoldaşına 59 bıçaq zərbəsi vurub. Paulino müstəntiqlərə deyib ki, o, Tatielə paltarını dəyişib yuxuya getdikdən sonra hücum edib. Çərşənbə günü keçirilən məhkəmə iclasından sonra o, 20 il müddətinə azadlıqdan məhrum edilib.