Barda silahlı basqın oldu - 6 ÖLÜ, 10 YARALI
Meksikanın Tabasko əyalətinin Villahermosa şəhərindəki barda silahlıların hücumu nəticəsində azı 6 nəfər ölüb, 10 nəfər yaralanıb.
Ajans.az xəbər verir ki, bu barədə “TabascoHoy” qəzeti məlumat yayıb.
Silahlı şəxslər səhər saat 4-də Dbar barına daxil olub, oradakı ziyarətçilərdən birini axtarıb, bundan sonra da atəş açıblar. Nəticədə beş nəfər hadisə yerində, bir nəfər isə daha sonra xəstəxanada ölüb.