Balakəndə qəza- ÖLƏN VAR

Balakəndə qəza-
Hadisə 18-10-2024 - 17:30

Balakəndə baş verən yol qəzası ilə bağlı cinayət işi başlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ajans.az-a bildirilib ki, bu gün saat 15 radələrində Balakən rayonunun İtitala kəndində 1993-cü il təvəllüdlü Surac Ramazanovun idarə etdiyi VAZ-2106 markalı avtomobil Allahverdi Osmanovun idarə etdiyi VAZ-21011-lə toqquşub.

Daha sonra isə avtomobil divara dəyib. S.Ramazanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon Polis Şöbəsində cinayət işi başlanıb.

PAYLAŞ: