Balakəndə 4 otaqlı ev yandı

Hadisə
13-01-2025 - 06:21
Balakən rayonunun Qabaqçöl qəsəbəsində ümumi sahəsi 210 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 168 m² sahədə yanıb.
Ajans.az xəbər verir ki, evin qalan hissəsi və bitişik köməkçi tikili yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.