Bakıda tıxac olan yolların SİYAHISI

Cəmiyyət
03-03-2025 - 09:05
Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
Ajans.az xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
2. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.