Bakıda ŞOK: Uşağı 4-cü mərtəbədən çölə salladılar - RƏSMİ AÇIQLAMA

Bakıda ŞOK: Uşağı 4-cü mərtəbədən çölə salladılar -
Məktəb
Cəmiyyət 02-11-2024 - 09:08

Paytaxtın 266 saylı məktəbində bullinq hadisəsi yaşanıb.

Ajans.az “Xəzər TV”yə istinadən xəbər verir ki, 2 şagird sinif yoldaşını məktəbin 4-cü mərtəbəsinin pəncərəsindən çölə sallayıb. Uşağın ağlayıb qışqırdığını görən digər sinif yoldaşları onu xilas ediblər.

Məsələ ilə bağlı Ajans.az-ın sorğusuna Bakı Şəhər Təhsil İdarəsindən cavab verilib. 

“Məktəbin 7b sinfinin üç şagirdi (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) sinif otağında pəncərənin önündə mübahisə ediblər.

Hər 3 şagirdin valideyni məktəbə dəvət edilib, onlara övladlarının davranışına diqqətin artırılması yönündə tövsiyələr verilib.

Məktəb psixoloqu tərəfindən şagirdlərlə zəruri işlər aparılır, müvafiq dəstəkləyici tədbirlər həyata keçirilir.

Məktəbdə şagird davranış qaydalarına əməl olunmasına diqqət artırılıb, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi genişləndirilib”, - deyə qurumdan bildirilib.

Qeyd edək ki, hadisəni blogger Saleh Nəsirov da paylaşıb və öz narahatlığını dilə gətirib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: