Bakıda məşhur restoranda vətəndaş iftar zamanı öldü

Bakıda məşhur restoranda vətəndaş iftar zamanı
restoran
Hadisə 17-03-2025 - 16:20
 1380

Bakıda vətəndaş iftar zamanı ölüb.

Ajans.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə martın 15-də paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən "Bakinskiy dvorik" restoranında baş verib.

İftar süfrəsi arxasında olan Şəhriyar Əli oğlu Cəfərovun halı qəfildən pisləşib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb və ona tibbi yardım göstərilib. Lakin Ş.Cəfərovun həyatını xilas etmək mümkün olmayıb.

"Bakinskiy dvorik"in nümayəndəsi restoranda iftar zamanı ölüm halının baş verməsi faktını təsdiqləyib.

Hadisə ilə bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

PAYLAŞ: