Xətai rayonunda sürüşmənin səbəbi məlum oldu - YENİLƏNİB
Xətai rayonu ərazisində baş verən sürüşməyə səbəb son günlər yağan yağışlar nəticəsində yamacdakı asılı süxur kütləsinin uçması olub.
Ajans.az xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev deyib.
O bildirib ki, Agentliyin mütəxəssisləri tərəfindən aparılan araşdırma və monitorinqlərin nəticələrinə görə, ərazidə ciddi təhlükə yoxdur.
"Uçmuş süxur kütləsinin ərazidən götürülməsi və yamacın hamarlanması işləri aidiyyəti qurumlar tərəfindən həyata keçiriləcək".
*** 13:35
Xətai rayonu ərazisində sürüşmə baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Ajans.az-a verilən məlumata görə, hadisə ilə bağlı Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri hadisə yerindədir.
Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib ki, son günlər ölkə ərazisində müşahidə olunan yağmurlu hava şəraitindən sonra bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur.
O qeyd edib ki, ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək.