Bakıda leysan yağışlar nə vaxt kəsiləcək?

Cəmiyyət
28-10-2024 - 06:41
Hazırda Bakıda və Abşeron yarımadasında arabir yağış yağır.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudovun Ajans.az-a verdiyi məlumata görə, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterlidir.
O qeyd edib ki, yağışın günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14 dərəcə isti təşkil edir.