Bakıda baş vermiş 6,8 bal gücündə zəlzələdən 24 il ötür

Bakıda baş vermiş 6,8 bal gücündə zəlzələdən 24 il ötür
Bakıda güclü zəlzələ
Cəmiyyət 25-11-2024 - 13:06
 330

2000-ci il noyabrın 25-də Azərbaycanın paytaxtı Bakı şəhərində baş vermiş zəlzələdən 24 il ötür.

Ajans.az-ın xəbərinə görə, bu, Azərbaycan tarixində son yüz ilin ən güclü zəlzələlərdən biri idi. Zəlzələ saat 21:30 radələrində Bakıda 6,8 bal gücündə hiss olunmuşdu. Zəlzələnin episentri Azərbaycanın Xəzər dənizi sektorunda yerləşirdi. Təkanlar iki dəfə dalğavari olmaqla 22 saniyə çəkmişdir.

Məlumata görə zəlzələ nəticəsində 30 nəfər tələfat qeydə alınmışdı. Zəlzələ nəticəsində müəyyən binalarda çatlar yaransa da, ümumilikdə ciddi dağıntılar müşahidə olunmayıb. Bakının bəzi köhnə sovet binaları güclü zəlzələyə davam gətirmişdi. Ardından kiçik maqnitudalı zəlzələlər qeydə alınmışdı. Bu zəlzələ insanlar arasında şok effekti yaratmışdı.

28 noyabr 2000-ci il tarixli Prezident fərmanına əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar üzrə Dövlət Komissiyasına zəlzələnin nəticələrini aradan qaldırmaq üçün 5,5 milyon dollar (25 milyard manat) vəsait ayrılıb. Zəlzələnin təsirinə məruz qalan ərazilərə qiymətləndirmə qrupları göndərilib. Bakıda 27 noyabr tarixindən etibarən 19 ailənin üç ağır zədələnmiş binadan evakuasiya edilməsi qərara alınıb. 

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: