Bakıda 109 yaşlı qadın evində ölü tapıldı

Bakıda 109 yaşlı qadın evində
ölüm
Hadisə 29-11-2024 - 05:40

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində vətəndaşın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Ajans.az- a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər tərəfindən doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin qapısı müvafiq vasitələrlə açılıb və 1915-ci il təvəllüdlü Əhmədova Nübar Mayıl qızının meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

PAYLAŞ: