Bahar Lətifqızının ailəsində TOY OLACAQ

Şou Biznes
06-03-2025 - 10:02
Müğənni Bahar Lətifqızının ailəsində sevinc yaşanır.
Ajans.az xəbər verir ki, sənətçi bu barədə “Xəzər Axşamı” verilişində qonaq olarkən məlumat verib.
O bildirib ki, qardaşı qızının toyu olacaq və məclis apreldə baş tutacaq. Bahar Lətifqızının sözlərinə görə, qardaşı qızının həyat yoldaşı Polşada yaşayır və orada da işləyir. Müğənni gələcək kürəkəninin ailəsinin çox gözəl insanlar olduğunu vurğulayıb.
Maraqlı məqamlardan biri isə Bahar Lətifqızının gələcək kürəkənini tanıtarkən etdiyi açıqlama olub. Sənətçi bildirib ki, bəy bacısı onun fanatı olub.
Müğənni ailə üzvünün xoşbəxtliyinə şahidlik edəcəyi üçün sevindiyini və toyun möhtəşəm şəkildə baş tutacağını qeyd edib.
Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir