Paşinyan Putinlə görüşməyəcək
Kremldən verilən məlumata görə, Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında ikitərəfli görüş nəzərdə tutulmayıb.
Ajans.az xəbər verir ki, baş nazir Paşinyan Avrasiya Hökumətlərarası Şurasının iclasına sədrlik etmək üçün dekabrın 13-də Moskvaya gəlib.
Ermənistan təşkilata sədrlik edir.
Kremlin sözçüsü Dmitri Peskov bildirir:
“Bu gün ayrıca görüş nəzərdə tutulmayıb, orada iş (Aİİ hökumətlərarası şuranın iclası – red) baş nazir proqramı çərçivəsində aparılır".