Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcunu təqribən 14 dəfə üstələyir
![Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcunu təqribən 14 dəfə](https://ajans.az/uploads/images/202502/image_940x_67adde7cbe8ae.webp)
2025-ci ilin 1 yanvar tarixinə ölkənin valyuta ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı) 71 milyard dollar məbləğində olmaqla hesabat dövrünün sonuna xarici dövlət borcunu təqribən 14 dəfə üstələyir.
Ajans.az Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, xarici dövlət borcunun 49 faizi 5 ilə qədər olan müddətdə, 44,9 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 6,1 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
2025-ci il 1 yanvar tarixinə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olub:
ABŞ dolları – 86,1 faiz, avro – 5,8 faiz, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,4 faiz, yapon yeni – 3,1 faiz, digər valyutalar – 1,6 faiz.