Azərbaycanda böyük endirim KAMPANİYASI: Bu tarixdə hər şey yarı qiymətinə satılacaq

Azərbaycanda böyük endirim KAMPANİYASI:
Qara Cümə, Endirim
Cəmiyyət 16-11-2024 - 14:50
 2034

Məlum olduğu kimi, hər noyabr ayının son cümə günü dünyada "Black Friday” adı ilə mağazalarda endirimli satışlar təşkil olunur. Bu ənənə Azərbaycana da yayılıb. Son illər shopping sevərlər bu günü səbirsizliklə gözləyirlər. Dünyada olduğu kimi, ölkəmizdə də bu xüsusi gün alış-veriş sevənlər üçün böyük imkanlar yaradır. Bir çox ticarət mərkəzi, mağaza və onlayn platformalar "Qara Cümə" gününə özəl kampaniyalarla müştərilərini sevindirməyə hazırlaşır.

Elektronika, geyim, məişət texnikası və digər kateqoriyalarda ciddi endirimlər gözlənilir. Bu, həm yeni il öncəsi alış-veriş etmək, həm də uzun zamandır gözlənilən məhsulları daha sərfəli qiymətlə əldə etmək üçün əla fürsət təqdim edir."Qara Cümə" yalnız alış-veriş deyil, həm də müştərilərin marağını cəlb edən müxtəlif aksiyalar və tədbirlərlə bir bayram atmosferi yaradır. Ölkənin iri ticarət mərkəzlərində xüsusi endirim günləri elan olunub, bəzi onlayn platformalar isə hətta bu kampaniyanı bir həftə boyunca davam etdirəcək.

Məsələ ilə bağlı danışan iqtisadçı-ekspert, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Ajans.az-a bildirib ki, ümumiyyətlə, “Qara Cümə” Amerikada satışın stimulaştırılması məqsədilə aparılan bir tədbirdir:

“Yəni bu marketinq tədbirlərindən, marketinq hiylələrindən biridir. Satışı stimulaşdırmaq məqsədilə həftənin cümə günü çox ciddi endirimlər olur və bunun da adını Qara Cümə qoyublar. Demək Amerikadan Avropaya, Avropadan isə dünyanın bütün ölkələrinə bu ənənə yayılıb. Azerbaycanın da özünün endirim təşəbbüsləri ola bilər, amma dünyadaki bu axın Azerbaycan marketinqinə qoşulmaq istəyir və ölkədə Qara Cümə adı altında yerləşdirilir”.

Ekspert qeyd edib ki, əksər marketlərdə, alış-veriş mərkəzlərində və Mallarda bu aylarda endirimlər keçirilir. Onun sözlərinə görə, heç vaxt Mallara yaxın gəlməyən adamları bu reklamlar və endirim kampanyalarıyla cəlb edə bilirlər:

“Bu endirim kampanyalarının aparılmasının çoxaltmaq üçün ölkədə rəqabət mühiti olmalıdır. Əgər bizdə rəqabət mühiti olsa, Qara Cümə və ya başqa bu kimi endirim kampanyalarına ehtiyac qalmaz. Bu kampaniyalar insanları manipulyasiya etmək xarakteri daşıyır. Bəzən yazırlar ki, 50 faiz endirim, amma yaxınlaşıb araşdıranda məlum olur ki, endirimin faizi daha aşağıdır”.

Bu kimi endirim kampaniyalarından xarici ölkələrdə daha çox istifadə olunur, artıq bu ənənə Azərbaycanda da yayılır. Ölkəmizdə də bu trend geniş yayılıb və xarici ölkələrdə olan endirim tipli kampaniyalar bizdə də istifadə olunur - deyə Akif Nəsirli əlavə edib.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: