Azərbaycanda 96 üçəm və 4 dördəm doğulub
Bu ilin yanvar-avqust aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri ölkədə 68 129 doğulan körpə qeydə alıb.
Ajans.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Körpələrdən 2 252-si əkiz, 96-sı üçəm və 4-ü isə dördəm doğulub.