Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı
Cəmiyyət 17-03-2025 - 14:57

2025-ci ilin yanvar ayında əhalinin sayı 2935 nəfər və ya 0,03 faiz artaraq 2025-ci il fevral ayının 1-i vəziyyətinə 10227824 nəfərə çatıb.

Ajans.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.

PAYLAŞ: