Sahil Babayevin yerinə təyin edilən nazir kimdir? - DOSYE
![Sahil Babayevin yerinə təyin edilən nazir kimdir? -](https://ajans.az/uploads/images/202502/image_940x_67a5f7e60d8f5.webp)
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Anar Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.
Ajans.az Anar Əliyevin dosyesini oxucularına təqdim edir:
Anar Rəhim oğlu Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub.
O, 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr pilləsini bitirib. 2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə hüquq fəlsəfə doktoru dərəcəsi alıb.
A.Əliyev 2000-2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.
O, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının 2018-ci ilə qədər üzvü olub.
Anar Əliyev hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb.
Evlidir, iki övladı var.