AZAL-ın qəza təhqiqatının nəticələri bu həftə AÇIQLANACAQ

AZAL-ın qəza təhqiqatının nəticələri bu həftə
AZAL
Dünya 04-02-2025 - 11:25

Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev jurnalistlərlə söhbətində deyib ki, Aktauda baş verən təyyarə qəzası ilə bağlı araşdırmanın nəticələri bu həftə məlum olacaq.

Ajans.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb. 

Nazir əlavə edib ki, bütün lazımi materiallar yaxın günlərdə dərc olunacaq.

“Mən söz verirəm ki, o, yaxın günlərdə nəşr olunacaq”, - deyə o, yekunlaşdırıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: