Az bal toplayanlar da tələbə ola biləcək - Abituriyentlərə ŞAD XƏBƏR

Az bal toplayanlar da tələbə ola biləcək -
Cəmiyyət 27-02-2025 - 12:28

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu artıq başlanıb.

Abituriyentləri maraqlandıran əsas məsələlərdən biri ali təhsil müəssiəslərinə qəbul zamanı ixtisaslara görə keçid ballarının artması ilə bağlıdır.

Maraqlıdır, bu il keçid balları artacaqmı?                              Ali təhsil məsələləri üzrə ekspert Vüsal Kərimli  “Ajans.az”a  bildirib ki, bu il qəbul ballarında əhəmiyyətli artım olmayacaq: "Qaydalara uyğun olaraq, yalnız 2-3 bal artım ola bilər. Ancaq qəbul prosesində minimum keçid ballarında bəzi yeniliklər edilə bilər. Məsələn, 100 balı keçə bilməyən tələbələr də bəzi ixtisaslara sənəd verə biləcəklər. Doğrudur, bu qayda xüsusilə region universitetlərində və müəyyən ixtisaslarda tətbiq olunur. Məncə, bu prosesi mərkəzi universitetlər üçün də əlçatan etmək lazımdır".

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: