Avropa İttifaqı mühüm qərar verdi: Yanvarın 1-dən...
Avropa İttifaqı (Aİ) ölkələrinin daxili işlər nazirləri cümə axşamı keçirilən iclasda, 1 yanvar 2025-ci il tarixindən etibarən Rumıniya və Bolqarıstan ilə daxili quru sərhədində nəzarəti ləğv etmək qərarına gəlib.
Ajans.az xəbər verir ki, bu barədə Aİ Avropa Komissiyası bildirib.
“Bu mühüm addım hər iki ölkənin Şengen zonasına tam daxil olmasını tamamlayır”, - Avropa Komissiyası öz saytındakı bəyanatda qeyd edib.