"ATV Plus" 5 min manat cərimələndi - SƏBƏB

Cəmiyyət
01-11-2024 - 15:15
Yasamal Rayon Məhkəməsi "ATV Plus" MMC-ni 5 min manat cərimələyib.
Ajans.az xəbər verir ki, bu barədə Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, oktyabrın 4-də inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq məhkəməyə göndərilib. Məhkəmə "ATV Plus"un retranslyasiya paketin hüquqi sənəd olmadan xarici televiziya kanalının retranslyasiya (hər hansı texnologiyadan istifadə etməklə televiziya və ya radio kanallarının, habelə proqramların və ya onların hissələrinin məzmununa dəyişiklik edilmədən yayımlandığı anda qəbulu və ötürülməsi) olunması faktı aşkarlandığına görə cərimə cəzası tətbiq edib.
Mövzular:
Oxşar xəbərlər
DTX və DİN-dən əməliyyat: "Meşə qardaşları" qruplaşması zərərsizləşdirildi - VİDEO
Cəmiyyət06:41 / 03-02-25