"Atam öləndə 2 yaşım var idi, indi qızım da atasız qaldı" - Azər Baxşəliyevin həyat yoldaşı

"Atam öləndə 2 yaşım var idi, indi qızım da atasız qaldı" -
Azər Baxşəliyev
Gündəm 05-01-2025 - 13:51

Xəbər verdiyimiz kimi, böyrək çatışmazlığından əziyyət çəkən 39 yaşlı aktyor Azər Baxşəliyev dünyasını dəyişib.

Ajans.az Musavat.com-a istinadla bildirir ki, aktyoru son mənzilə yola salmaq üçün dostları, yaxınları və sənət yoldaşları yaşadığı binanın önünə toplaşıb.

Aktyorun həyat yoldaş Nigar Seyid deyib ki, "Heç vaxt xətrimə dəymədi. Can deyib can eşidirdik. Atam iki yaşımda vəfat etdi. Qorxurdum, qızım atasız qala. Özümə çəkirmişəm".

PAYLAŞ: