Astarada 7 nəfərdə ov tüfəngi aşkarlandı- Saxlanılan var

Astarada 7 nəfərdə ov tüfəngi aşkarlandı-
Kriminal 23-02-2025 - 11:05

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı 7 nəfər rayon sakinindən müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov tüfəngləri aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri daha bir tədbir zamanı isə Sım kəndi ərazisində qanunsuz ov edən 1 nəfər saxlanılıb.

Həmin şəxs barəsində protokol tərtib edilib.

PAYLAŞ: