Arvadını xəyanət etdiyi kişi ilə tutdu - Ağcabədidəki hadisənin TƏFƏRRÜATLARI
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Azərbaycanda kişinin döyülərək alçaldılması və maşının baqajında aparılmasını əks etdirən görüntülər yayılıb. Görüntülərin Ağcabədi rayonunda qeydə alındığı bildirilib.
Hadisə qısqanclıq zəminində baş verib və 2 nəfər bir kişini döyərək "Toyota Prado" markalı avtomobilin baqajında aparıblar. Daha sonra onlar həmin şəxsi baqajdan endirərək alçaldıcı hərəkətlərə davam ediblər.
Ajans.az baş vermiş hadisə ilə bağlı bəzi təfərrütlar əldə edib. İddialara görə, görüntülərdə alçaldıcı hərəkətlər edən şəxs Moskvada işləyir. Həmin şəxsin həyat yoldaşı Bakıdan rayona toy mərasiminə qatıldıqdan sonra arvadının həmin şəxslə münasibətə girdiyini öyrənib.
Məlumata görə, qadın toydan sonra həmin kişi ilə öz razılığı ilə görüşüb, lakin onların münasibətdə olduğu anlar gizli olaraq bir şəxs tərəfindən videoya çəkilib. Çəkilən video qadına şantaj üçün istifadə edilib və ondan videonun yayımlanmaması üçün 500 manat tələb olunub. Qadın isə bu məbləği ödəyə bilməyərək yalnız 50 manat verib. Buna baxmayaraq, video sosial şəbəkələrdə yayılıb.
Bu xəbəri alan həyat yoldaşı ölkəyə qayıdaraq dərhal arvadını atasının evinə aparıb və evliliklərini bitirmək qərarına gəlib. Hadisənin ən şokedici tərəfi isə odur ki, kişi və dostu əvvəllər yaxın münasibətləri olan şəxslər olub. Əsəblərinə hakim ola bilməyən kişi dostunu taparaq ona şiddət tətbiq edib. Məlumatlara görə, zorakılıq zamanı ona fiziki təzyiq göstərilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, əməli törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.