Android istifadəçilərinin NƏZƏRİNƏ! - Bu proqramda YENİLİK OLACAQ

Android istifadəçilərinin NƏZƏRİNƏ! -
Cəmiyyət 08-10-2024 - 20:56
 61

ABŞ-da yerləşən məşhur video oyun şirkəti "Epic Games" Google-u tətbiqlər mağazasında səlahiyyətlərindən sui-istifadə etdiyi səbəbiylə keçən il məhkəməyə vermişdi.

Ajans.az xəbər verir ki, antiinhisar işi üzrə qərarını elan edən hakim rəqabəti qorumaq üçün Google Play-də bir sıra köklü dəyişikliklərə qərar verib.

 2020-ci ildən bəri davam edən işdə hakim Google-un tətbiq endirimlərində daha çox seçim təklif etməsinə qərar verib. Google-dan rəqib bazara mane olan və " Google Play" ilə rəqabət aparan məhdudiyyətləri aradan qaldırmaq istənib.

Bu kontekstdə, noyabrın 1-dən etibarən Google şirkətlərə üç il ərzində yalnız Google Play-də tətbiqləri işə salmaq üçün pul ödəyə bilməyəcək. Bundan əlavə, Google proqram tərtibatçılarını "rəqabət etməməyə" və Google Play hesabından istifadə etməyə məcbur edə bilməyəcək. 

PAYLAŞ: