Android istifadəçilərinə BÖYÜK TƏHLÜKƏ – KİBERHÜCUM AKTI
Android istifadəçiləri prosessordakı boşluq vasitəsilə hücuma məruz qalıb.
Ajans.az xəbər verir ki, bu barədə “TechCrunch” məlumat yayıb. “Qualcomm” prosessorlarına əsaslanan milyonlarla smartfonda zəiflik aşkar edilib. Amerikanın “Qualcomm” şirkəti problem olduğunu təsdiqləyib.
“Qualcomm” smartfonlar üçün prosessorların aparıcı istehsalçılarından biridir. Bundan əvvəl “Google Threat Analysis Group” mütəxəssisləri CVE-2024-43047 boşluğunun bir sıra çiplərdə aşkar edildiyini bildirib. Bu da telefon istifadəçilərinə uzaqdan kiber hücum etməyə imkan verir. Beləliklə, bütün dünyada milyonlarla cihaz istifadəçisi hücum riski altındadır. Lakin faktiki hücumlarla bağlı heç bir məlumat verilməyib. “Qualcomm” qeyd edib ki, zəifliyi aradan qaldıran datalar sentyabr ayında müştərilərə göndərilib.
“Amnesty International” CVE-2024-43047-dan istifadə edərək mümkün hücumları araşdırmağa başlayıb. “TechCrunch” müəlliflərinin fikrincə, kampaniyası çox güman ki, konkret şəxslərə qarşı yönəlib və çoxlu sayda hədəf olmayıb.