Ana öz qızını öldürdüyünü ETİRAF ETDİ – FOTO
Bu gün bir ana vanna otağında kilidli vəziyyətdə tapılan iki yaşlı qızının ölümünə səbəb olduğunu etiraf edib.
Ajans.az xəbər verir ki, İzabella Rouz Uildon adlı uşaq 30 iyun 2023-cü ildə İpsviçdəki müvəqqəti yaşayış binasında ölü tapılıb. Onun anası 24 yaşlı Çelsi Qleson Miçel, qızının ölümünə səbəb olduğunu etiraf etsə də, qətli kəskin şəkildə inkar etdi. Çelsi və onun keçmiş həyat yoldaşı Skot Ceff qəsdən ölümə səbəb olmaq, qəddarlıq, narkotik təsiri altında şiddət və s. kimi əsaslı səbəblərdən ittiham olunurlar.
Ceff heç bir ittiham üzrə özünü təqsirli bilməyib və onların İpsviç Crown Məhkəməsində məhkəməsi bu gün başlayır.
Maraqlı nüans odur ki, bu hadisə İngiltərədə geniş marağa və xaosa səbəb olub. Belə ki, əhali bu cür valideynlərin çox olmasından narahatdır.