Almaniyada işçilərin kütləvi tətilləri başlayır!

Almaniyada işçilərin kütləvi tətilləri
Almaniya
Dünya 29-10-2024 - 12:28

Almaniyada metallurgiya və elektrik sənayesi işçiləri kütləvi tətilə yayıb.

Ajans.az “TASS”a istinadən xəbər verir ki, buna səbəb avtomobil istehsalçılarının zavodları bağlamaq və onlarla iş yerini ixtisar etmək planları, habelə işçilərin əmək haqlarının artırılması tələbləri olub.

“IG Metallhəmkarlar ittifaqı aksiyaları oktyabrın 29-na keçən gecə başlayıb. Gün ərzində bütün Almaniyada işlər dayanacaq.

Həmkarlar ittifaqının məlumatına görə, akkumulyator istehsalçısı “Clarios” şirkətinin 200-ə yaxın əməkdaşı Hannoverdə, 250 Volkswagen işçisi isə bağlanma təhlükəsi ilə üzləşən Osnabrükdə etiraz aksiyası keçirir. “BMW” işçiləri Regensburqda etiraz aksiyası keçirirlər və “Audi” işçiləri daha sonra onlara qoşulmağı planlaşdırırlar. Etirazlarda “Robert Bosch”, “Jensen GmbH”, “Waggonbau Graaff”, “ZF CV Systems Hannover” və digər şirkətlərin işçiləri də iştirak edib.

Bundan əvvəl “Volkswagen”in Almaniyada üç fabrikini bağlamaq və on minlərlə iş yerini ixtisar etmək planları barədə məlumat yayılmışdı. Şirkət rəqabətədavamlı qalmağın yeganə yolunu restrukturizasiya adlandırır. Rəhbərlik xərcləri təxminən dörd milyard avro azaltmağı planlaşdırır - bunun üçün onlar 2025-26-cı illərdə maaşları 10 faiz azaldacaq və indeksasiyasını donduracaqlar.

Almaniya kansleri Olaf Şolz zavodun bağlanmasına səbəb kimi “Volkswagen” rəhbərliyinin səhvlərini göstərib. Öz növbəsində Almaniya hökumətinin rəsmi nümayəndəsi Volfqanq Büxner vurğulayıb ki, zavod işçiləri keçmişin səhv idarəetmə qərarlarına görə pul ödəməməlidirlər.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: