Almaniya Ukraynanı silahlarla təmin edəcək

Almaniya Ukraynaya yeni silah tədarükü hazırlayır. Berlin xüsusilə Kiyevə AIM-9L idarə olunan raketləri və 4 min hücum dronunu təhvil vermək niyyətindədir.
Ajans.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin saytında dərc olunan Ukrayna Silahlı Qüvvələrinə hərbi yardım siyahısında açıqlanıb.
“AIM-9L idarəolunan raketləri, 4000 hücum pilotsuz uçan aparatı və 361 “Songbird” kəşfiyyat PUA-sı çatdırılma üçün hazırlanır. İki TRML-4D radar stansiyası, 42 min 40 mm-lik mərmi”, - deyə məlumatda bildirilir. Bundan əlavə, yeni paketə “Sea Sparrow” idarə olunan raketləri, 6 “Panzerhaubitze 2000” özüyeriyən artilleriya qurğusu, həmçinin “Leopard 1”, “Leopard 2” tankları və “Marder” piyada döyüş maşınları üçün döyüş sursatları və IRIS-T SLM üçün raketlər də daxildir.
Bundan əvvəl 2025-ci il federal seçkilərində Almaniya kansleri vəzifəsinə namizəd Fridrix Merz Almaniyanın uzaqmənzilli “Taurus” raketlərini Ukraynaya ötürməyə hazır olduğunu bildirmişdi. Siyasətçi əlavə edib ki, Almaniya kansleri Olaf Şolz və onun hökumətdəki müttəfiqlərinin strateji baxışı yoxdur.
Öz növbəsində Olaf Şolz bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin “qələbə planı” Almaniyanın Ukraynadakı münaqişə ilə bağlı mövqeyini dəyişməyib. Almaniya hökumətinin başçısı vurğulayıb ki, Kiyevə dəstək məsələsində ən vacibi Aİ-nin bütün nümayəndələrinin həmrək olması və mümkün variantları müzakirə etməsidir.