Ailəsini qətlə yetirdi, üstəlik də 4 il cəsədləri ilə YAŞADI - ƏTRAFLI/FOTO
Ötən il Esseksdə dəhşətli hadisə yaşanıb.
Ajans.az xəbər verir ki, Virciniya Makkullou adlı qadın öz valideynlərini soyuqqanlılıqla qətlə yetirib. 36 yaşlı qadına bu əməlinə görə ömürlük həbs cəzası verilib. Hadisənin təfərrüatlarına gəldikdə isə 2019-cu ildə Virciniya 70 yaşlı atası Con Makkullounu dərmanla zəhərləyib. Ertəsi gündə də 71 yaşlı anası Luis Makkullounu qətlə yetirib. Cinayətkar qadın anasını dəfələrlə çəkiclə vurub və bıçaqlayıb.
İşin qəribə tərəfi odur ki, hər iki qətl hadisəsi 2019-cu ilin iyununda baş verib. Amma cütlüyün meyidləri 2023-cü ilə qədər tapılmayıb. Hər kəsi şoka salan fakt isə Virciniyanın 4 il öz valideynlərinin cəsədi ilə eyni evdə yaşamasıdır. Belə ki, qadın iki şəxsin də meyidini evdə qarderobda gizlədib. O, illər boyu qonşulara yalandan ailəsinin səfərdə, həkimdə və ya işdə olduğunu deyirmiş.
Qeyd edək ki, Makkullou ailəsini sadəcə onların puluna yiyələnmək üçün qətlə yetirib.