Aİ ABŞ-nin mövqeyinin dəyişməsindən ŞİKAYƏTLƏNDİ: Baş verənlər budur

Avropa İttifaqının xarici işlər naziri Kaja Kallas Rusiya nümayəndə heyəti ilə görüşdən sonra ABŞ-nin Ukrayna məsələsi ilə bağlı ritorikasını dəyişdiyini bildirib.
Ajans.az xəbər verir ki, o, bu barədə CBS telekanalına müsahibəsində BMT-nin Ukrayna ilə bağlı qətnaməsinə səsverməni şərh edərkən danışıb.
“Yeni administrasiya ilə (ABŞ prezidenti Donald Trampın – red.) birlikdə Ukraynaya dəstək ilə bağlı qətnamə layihəsi hazırlamışıq. Lakin onlar ruslarla görüşəndə ondan sonra nəsə baş verdi, çünki davranış dəyişdi”, - Aİ diplomatiya rəhbəri yekunlaşdırıb.
Lakin Kallas ABŞ və Rusiya arasında konkret hansı görüşü nəzərdə tutduğunu açıqlamayıb. Daha sonra Kallas bəyan edib ki, Aİ və NATO daxilində parçalanma hər dəfə Rusiyaya təzyiq göstərməklə bağlı fikir ayrılıqları səbəbindən artır. O, bir çox ölkələrin Moskvaya qarşı sanksiya siyasətinə marağını itirdiyini vurğulayıb.
Bundan əvvəl bildirilmişdi ki, Kallas Amerika bəyanatlarından danışarkən ilk dəfə deyil ki, Rusiyanın adını çəkir. Əvvəllər o, Trampın və onun administrasiyasının rəsmilərinin bəzi sözlərinin “Rusiya rəvayətlərini” əks etdirdiyini bildirib.