Ağdamda yük maşını minaya düşdü

Hadisə
14-02-2025 - 11:39
Ağdamda yük maşını minaya düşüb.
Ajans.az xəbər verir ki, Ağdam rayonunun Quzanlı kənd sakini 1965-ci il təvəllüdlü Məmmədov Fayiq Ərşad oğlu idarə etdiyi "Howo" markalı yük avtomobili ilə hərəkətdə olarkən sel sularının gətirməsi ehtimal olunan piyada əleyhinə minaya düşmüş, partlayış zamanı həmin avtomobilin sol arxa çarx hissəsi zədələnmiş, hadisə nəticəsində xəsarət alan olmamışdır.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.