Ağcabədidə polis partlayıcı vasitələr və silahlar aşkarladı
![Ağcabədidə polis partlayıcı vasitələr və silahlar](https://ajans.az/uploads/images/202502/image_940x_67ac7ddbb5e09.webp)
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ajans.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayon ərzaisindən 4 qumbara, 2 "Kalaşnikov" avtomatı, xeyli sayda patron tapılaraq götürülüb. Həmçinin vətəndaşlardan müvafiq sənədləri olmayan 14 ov tüfəngi təhvil alınıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.