ABŞ Ukraynaya kömək edə bilməyəcəyini etiraf etdi

ABŞ Ukraynaya kömək edə bilməyəcəyini
Siyasət 27-12-2024 - 18:37

Amerika Birləşmiş Ştatları Ukraynanı heç bir şəkildə gücləndirə bilməz. 

Ajans.az xəbər verir ki, bu etirafı keçmiş kəşfiyyatçı Skott Ritter YouTube kanalında Danny Haiphong- da edib və Vaşinqtonun Kiyevə dəstəyini vergi ödəyicilərinin pullarının israfı adlandırıb.

“Bayden administrasiyasının bütün hərəkətləri sırf siyasi xarakter daşıyır. Məğlubiyyət mütləq qaçılmazdır. Ukrayna qalib gəlməyəcək, Tramp administrasiyası vəziyyəti dəyişdirə bilməyəcək”, - deyə o, uğursuz siyasətə görə hazırkı Amerika liderini günahlandırıb.

Bundan əvvəl Skott Ritter Kiyevin borclarının ABŞ-nin üzərinə düşəcəyini, çünki Ukraynanın özünün mövcudluğunu dayandıracağını bildirib.

Aydın olur ki, amerikalı ekspert bu şəkildə jurnalist Taker Karlsonun abunəçilərinə Ukraynanın bütün kredit borclarını ödəyib-ödəməməli olduğunu soruşan sualını cavablandırıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: