ABŞ Türkiyəyə ciddi XƏBƏRDARLIQ ETDİ
ABŞ Türkiyə hökumətinə Ankaranın HƏMAS ilə münasibətlərini məqbul saymadığını açıqlayacaq.
Ajans.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.
Miller, yuxarıda deyilənləri Həmas-ın Qətərdə yerləşən rəhbərliyinin bir hissəsinin Türkiyəyə köçməsi ilə bağlı bildirib və əlavə edib ki, ABŞ bir sıra HƏMAS liderlərinə qarşı ittiham irəli sürüb və Vaşinqton onların ABŞ-yə ekstradisiya edilməli olduğuna inanır.