ABŞ Rusiyanı vuracaq! - ŞOK
ABŞ prezidentliyinə namizəd Donald Tramp Rusiya prezidenti Vladimir Putini Ukraynanın arxasınca düşərsə, Moskvanı vuracağı ilə hədələyib.
Ajans.az xəbər verir kİ, Tramp bu barədə “The Wall Street Journal”a (WSJ) müsahibəsində danışıb. O, bu dialoqun hansı şəraitdə baş verdiyini açıqlamayıb, lakin əlavə edib ki, Putinlə əla münasibətləri var. Tramp Putinə Moskvanın mərkəzinə güclü zərbə endirəcəyini vəd edib
Trampın sözlərinə görə, o, Rusiya prezidentinə Ukraynaya görə Moskvanın mərkəzinə güclü zərbə endirəcəyini deyib, çünki onun seçimi yoxdur:
“Vladimir, əgər sən Ukraynanı təqib etsən, elə bir güclə vuracağam ki, inanmayasan da. Mən düz “lənətə gəlmiş” Moskvanın mərkəzindən vuracağam. Bunu etmək istəmirəm, amma seçimim yoxdur.”
Qeyd edək ki, 2017-ci ilin iyulunda Putin və o zaman ABŞ prezidenti olan Tramp Hamburqda görüşüb. Dialoq zamanı Tramp Ukraynaya silah tədarük etmək planlarını açıqlayıb və Rusiya liderindən bu barədə nə düşündüyünü soruşub. Putin bu addımın səhv olacağını cavablandırıb.
Prezidentlər 2017-ci il yanvarın 28-də ilk telefon danışığı zamanı Ukrayna mövzusunu da müzakirə ediblər. “The New York Times”ın həmsöhbətlərinin sözlərinə görə, Putin postsovet ölkəsindəki korrupsiyadan danışıb, Tramp isə təmkinlə reaksiya verib. O, həmsöhbəti ilə razılaşmasa da, Ukraynanı da müdafiə etməyib.