ABŞ qasırğası NATO hadisələrinə təsir edəcək? – Peskov AÇIQLADI
Kreml ABŞ-dəki pis hava şəraitinin NATO hadisələrinə təsirindən danışıb.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. O bildirib ki, Kreml ABŞ-də baş verən Milton qasırğası səbəbindən Kiyevə dəstəyin müzakirə edilməsi planlaşdırılan NATO tədbirinin ləğvindən narahat deyil. O əlavə edib ki, baş verənləri qiymətləndirmək Moskvanın işi deyil:
“Başqa qitədə baş verən pis hava bizi narahat etmir. Tədbirin ləğvini qiymətləndirmək bizim işimiz deyil”.