ABŞ Putinə sanksiya tətbiq etdi
Rusiya prezidenti Putin Rusiya qazı üçün “Qazprombank”a ödəniş etmək öhdəliyini ləğv edib.
Ajans.az xəbər verir ki, ABŞ administrasiyası “Qazprombank”a qarşı sanksiyalar tətbiq etməyə başlayıb.
Putinin imzaladığı fərmanla 31 mart 2022-ci il tarixli qərarda Rusiya qazını alan xarici şirkətlərə tətbiq edilən xüsusi ödəniş prosesini müəyyən edən yenilik edilib.
Yeni reqlamentə əsasən, şirkətlər artıq Rusiya qazı üçün “Qazprombank”a ödəniş etmək məcburiyyətində deyil, ödənişlər isə üçüncü tərəf bankları vasitəsilə də həyata keçirilə bilər. Rusiyanın “Qazprom” enerji şirkətinin tərəfdaşlarından biri olan “Qazprombank” Rusiyanın Avropaya ixrac etdiyi təbii qazın ödənişləri üçün istifadə edilib.